Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Azərbaycanda prodüser yoxdur” - Məşhurların fikirləri

“Azərbaycanda prodüser yoxdur” - Məşhurların fikirləri

Tarix: 10 Yanvar 2020 10:20

Şou-biznesdə "prodüser" anlayışının çox zaman "menecer" və "köməkçi" ilə qarışdırılmasına məşhurlarımız da biganə qalmayıblar.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, "prodüser, əslində, kimdir və necə olmalıdır" suallarına  məşhurlar "Mtv Azərbaycan" vasitəsi ilə cavab veriblər.

Müğənni Nadir Qafarzadə az sayda prodüserlərin olduğunu dilə gətirib:

"Mənim yanımda menecerim var. O özü də düşünür ki, prodüser deyil. Çünki, onun məhsulu deyiləm mən. Prodüser Aqşin olub, Manana Caparidzeni sıfırdan gətirib. Vaqif Gərayzadə olub. O birilər isə menecerdir. Tədbirləri, toyları danışır".

Müğənni Xatun Əliyeva isə əsl prodüserin onun qardaşı stilist Balaşın olduğunu vurğulayıb:

"Bugünkü prodüser anlayışı mənim üçün odur ki, mənim qardaşım Balaş stilist olmaqla yanaşı mənə sərmayə qoymuşdu. O, bilmədən prodüser vəzifəsini həyata keçirmişdi. Bu gün də mənim qazandığımın hamısı ona qurban olsun.

Yanımda indi olan Pənah mənim üçün elə şeylər edir ki, elə qapılar açır ki, onu pulla açmaq olmaz, amma bir kəlimə sözlə açmaq olar. Bu gün şou-biznesdə nəyə tələbat varsa o yolla da gedirik. Onu dəyişmək fikrində də deyilik. Sağ olsun Xalq artistlərimə burdan can sağlığı arzu edirəm. Onlar dəyişsinlər. Biz də, onların yolunu gedərik. Sonra biz də, kimin üçünsə yollarını dəyişərik".

"Eurovision 2019" təmsilçimiz Çingiz Mustafayev Azərbaycanda prodüserin olmadığını iddia edib:

"Prodüser pul qoyub, pul götürən və təşkil edən insandır. Azərbaycanda cürbəcür sahələrdə prodüserlər var. Bizdə prodüser sözü bir az başqa cür məna daşıyır. Özümüzə görə var. Amma Amerika ilə müqayisə etsək, Azərbaycanda prodüser yoxdur".

Müğənni Nərmin Kərimbəyova prodüserin vəzifəsini özünün də icra edə biləcəyini bildirib:

"O gərək müəyyən strategiya qursun ki, mən 1 il ərzində Nərminə nələri verə biləcəyəm. Bir neçə ilə nələrə nail ola biləcək. Nərmin hansı böyük festivallara, tədbirlərə qatılacaq. Mən onun prodüseri olmadan gəliri bu ay belədirsə, növbəti aylarda necə artacaq? Hansı komandalarla işləməliyik? Prodüser tam təşkil olunmuş birisidir. Deyir toyda da belə oxumalısan. Bəs yaradıcılıq? Deməli, biz ancaq qazanc üçün işləyirik? Onu özüm də edə bilərəm!".

Müğənni Ayan Babakişiyeva isə bu gün ölkəmizdə prodüser anlayışının olmadığını vurğulayıb:

"Azərbaycanda prodüser dedikdə təbii ki, Tolik (Tarix Əliyev) ağlımıza gəlir. Bügünkü gündən söhbət gedir. Bir neçə il əvvələ qayıtsaq Vaqif Gərayzadə və Asif Kərimov. Prodüser o deməkdir ki, layihəni sən özün sərmayələndirməlisən.

Bu gün prodüser anlamı yoxdur. Menecer var. Köməkçi isə başqa şeydir. Menecer sənin telefon zənglərinə cavab verir. Sən ona ixtiyar verirsən ki, sənin yerinə "hə" ya "yox" cavabı versin. Köməkçi isə "çanta daşıyan" deməyim. Sənə yanında yardımçı olan insanlardan biridir".


Etiketlər:  Azərbaycanda prodüser yoxdur Məşhurların fikirləri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ