Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2020 15:27
Bakı. Trend:
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, Yevlax rayon Tanrıqulular kənd sakini H. Bağırova Yevlax RPŞ-yə ərizə ilə müraciət edərək 2019-cu ilin yay-payız aylarında ona məxsus evdən oğurluq edilməsi barədə məlumat verib.
Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən həmin kənd sakini, əvvəllər məhkum edilmiş Rasim Cəfərov saxlanılıb. Araşdırmalarla R. Cəfərovun 2 ədəd videokamera, 5 ədəd yaddaş kartı, 2 ədəd səsgücləndirici və müxtəlif adda ev əşyaları oğurlamaqla həmkəndlisinə 1095 manat dəyərində ziyan vurduğu müəyyən edilib. Dindirilmə zamanı o törtədiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı CM-in müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin