Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daha bir marşrut xətti üzrə gedişhaqqı ''BakıKart''la ödəniləcək (FOTO)

Daha bir marşrut xətti üzrə gedişhaqqı ''BakıKart''la ödəniləcək (FOTO)

Tarix: 10 Yanvar 2020 16:24

Bakı. Trend:

Müntəzəm marşrut xətləri üzrə avtobusların BakıKart sisteminə inteqrasiyası davam edir. Bu çərçivədə 12.01.2020-ci il tarixindən 38 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı BakıKart vasitəsilə ödəniləcək.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə bildirilib ki, əhalinin vaxtında məlumatlandırılması məqsədilə, 38 nömrəli marşrut xətti üzrə avtobuslarda elanlar vurulub:

"Məlumat üçün bildiririk ki, digər müntəzəm marşrut xətləri üzrə də nağdsız ödəniş sisteminə keçidlə bağlı işlər davam etdirilir. İş prosesinə uyğun olaraq qarşıdakı günlərdə digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

Eyni zamanda, qeyd edirik ki, nağd qaydada fəaliyyət göstərən avtobuslar mərhələli şəkildə xətlərdən çıxarılaraq onlarda müəyyən texniki montaj, kabelləşmə işləri görülür. Proses sərnişindaşımada fasiləsizliyin pozulmamasını, görülən işlərin sərnişinlərə təsir etməməsini nəzərə alınmaqla icra edilir".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Daha bir marşrut xətti üzrə gedişhaqqı Daha bir marşrut xətti üzrə gedişhaqqı Daha bir marşrut xətti üzrə gedişhaqqı Daha bir marşrut xətti üzrə gedişhaqqı


Etiketlər:  Daha marşrut xətti üzrə gedişhaqqı BakıKartla ödəniləcək FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ