Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2020 00:04
Bakı. Trend:
VTB (Azərbaycan) nağd pul krediti üzrə şərtlərini yeniləyib. Bank krediti endirilmiş faiz dərəcəsi – illik 18% ilə təklif edir.
Bankdan Trend-ə verilən məlumata görə, bundan başqa, maliyyələşmənin müddəti də uzadılıb. İndi müştərilər maliyyə imkanlarına uyğun olaraq kredit üçün 6 aydan 48 ayadək müraciət edə bilər. Kreditin məbləği 300 manatdan 10 000 manatadək təşkil edir.
Krediti bankın istənilən filialından və ya məsafəli kanallar - internet və mobil bank, WhatsApp
( +99455 2140986), 986 nömrəli Çağrı mərkəzi, eləcə də bankın saytı vasitəsi ilə müraciət edərək əldə etmək mümkündür.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin