Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Hazırda “Qarabağ” yaxşı futbolçu axtarışındadır” - Abdolbari Goozal

“Hazırda “Qarabağ” yaxşı futbolçu axtarışındadır” - Abdolbari Goozal

Tarix: 11 Yanvar 2020 15:48

“Qurban Qurbanovla danışdıq. Baş məşqçimiz bəzi transferlər etməyi planlaşdırır. Biz də ona dəstək oluruq”.

Qol.az xəbər verir ki, bunu “Report” agentliyinə açıqlamasında "Azərsun Holdinq"in İdarə Heyətinin sədri və "Qarabağ" Futbol Klubunun prezidenti Abdolbari Goozal deyib. A.Goozalın sözlərinə görə, hazırda klub yaxşı futbolçu axarışındadır:

“İndi onların adlarını mən yox, o bilir. Çünki onun sahəsidir. Bilirsən, indi hətta “Arsenal" kimi klub futbolçu tapmaqda çətinlik çəkir. Yaxşı futbolçu tapmaq elə də asan deyil. Amma onlar həmin cameədədir və bu məsələyə baxırlar”.

Qeyd edək ki, "Qarabağ" qış fasiləsində qapıçı Asmir Beqoviç, eləcə də yarımmüdafiəçi Simeon Slavçev və Riçard Almeyda ilə yollarını ayırıb. Əvəzində "Sumqayıt"da icarədə olan qapıçı Nicat Mehbalıyev geri qaytarılıb.

 


Etiketlər:  Hazırda Qarabağ yaxşı futbolçu axtarışındadır Abdolbari Goozal


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ