Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2020 19:16
Google şirkətinin açıqlamasına görə, Chrome 80 ilə brauzer bildirişləri daha sakit və daha az narahatedici olacaq. Buna görə də, bildirişlər artıq istifadəçinin ekranında ani olaraq pəncərə əvəzinə xəbərdarlıq işarəsi kimi görünəcək.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, yeni xəbərdarlıq sistemi hələlik əl ilə aktivləşdiriləcək. Yəni, istifadəçilər parametrlər menyusundan daha az narahat edən siqnal sistemini aktivləşdirməli olacaqlar. Ancaq yaxın gələcəkdə bu xəbərdarlıqlar avtomatik olaraq aktivləşəcək.
Google-un bu yeniləməsinin fevral ayında istifadəçilərə təqdim olunması gözlənilir. Şirkətdən eyni zamanda xəbərdarlıq sistemini reklam etmək üçün istifadə edənlərə ağır sanksiyalar tətbiq olunacağı açıqlanıb.
Chrome-un yeni tədbirləri həm kompüter, həm də mobil brauzerə şamil ediləcək.