Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2020 00:04
Baş ofisi ABŞ-da yerləşən "U.S. News & World Report" adlı media şirkəti "BAV Group" və "The Wharton School of the University of Pennsylvania" ilə birlikdə 2019-cu ilin "Ən yaxşı ölkələri"nin siyahısını açıqlayıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, siyahıda yer almış dünyanın 80 ölkəsi arasında Azərbaycan da yer alır.
Siyahı dünya üzrə 20.000 dən çox müxtəlif ölkə vətəndaşları ilə aparılmış sorğu əsasında müxtəlif kriteriyalar üzrə, o cümlədən vətəndaşlıq, mədəni təsir, sahibkatlıq, biznes üçün açıqlıq, güc, həyat səviyyəsi kimi meyarlar əsasında hazırlanıb. Təqdirəlayiq haldır ki, ölkə gücünün qiymətləndirilməsində Azərbaycan bir çox aparıcı ölkələri geridə qoyaraq 45-ci yeri tutmuşdur. Gücün qiymətləndirilməsi zamanı lider, iqtisadi baxımdan təsirli, siyasi baxımdan təsirli, güclü beynəlxalq müttəfiqlik və güclü silahlı qüvvələr amilləri nəzərə alınıb.
İqtisadiyyatın inkişaf tempi baxımından isə ölkəmiz 35-ci yerdə qərarlaşıb.