Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2020 23:16
Cənubi Koreyanın Hyundai şirkəti Grandeur sedanının yenilənmiş modelinin satışına başlayıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, avtomobil seriya icrasında artıq şirkətin yerli dilerlərinə daxil olub. Təklif olunan sedan Cənubi Koreya brendinin ən qabaritli avtomobili kimi nəzərdə tutulur. Grandeur yeniliyini kapotun və bamperin formasına, LED optikasına və qanadlarına görə fərqləndirmək olar.
Dəyişikliklər radiator barmaqlığına və duman əleyhinə faralara da toxunub. Arxa işıqlar LED optika bağlantısı alıb. Salonda 12,3 düymlük ekran, həmçinin rəqəmsal cihaz paneli quraşdırılıb. Grandeur sedanının kapotunun altında 190 at gücündə 2,4 litrlik benzin aqreqatı quraşdırılıb. Tezliklə 235 at gücünə malik 3 litrlik mühərriklə təkmilləşdirilmiş modifikasiya da mövcud olacaq.