Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2020 01:30
ABŞ-ın Şimali Karolina ştatında yaşayan 19 yaşlı Şloe Davizion adlı qızın intihar səbəbi ölkədə şok effekti yaradıb.
Sonxeber.net xəbər verir ki, gənc sosial mediada fotolarını paylaşıb. Fotolarına az bəyənmə gələn qız, eybəcər olduğunu düşünərək psixoloji sarsıntı keçirib. Nəticədə o intihar edib.
Şloe intihar etməzdən əvvəl bacısına fotolarına az bəyənmə və şərh gəldiyini deyərək, dərin üzüntü keçirdiyini ifadə edib.
Gənc ətrafındakılara tez-tez görünüşündən narazı olduğu barədə fikirlər deyib. Hadisə polisin nəzarətinə götürülüb. (publika.az)