Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrina Zaretska Karate 1 Seriya A turnirində gümüş medal qazanıb

İrina Zaretska Karate 1 Seriya A turnirində gümüş medal qazanıb

Tarix: 13 Yanvar 2020 06:44

Bakı. Trend:

Çilinin paytaxtı Santyaqoda keçirilən Karate 1 Seriya A turnirini təmsilçimiz İrina Zaretska (68 kq) medalla başa vurub.

Trend-in məlumatına görə, karateçimiz yarışda Daniele Van Viki (CAR) 9:0, Qalina Melniki (Ukrayna) 3:2, Feryal Abdelazizi (Misir) isə 1:0 hesabı ilə məğlub edərək finala yüksəlib. Həlledici görüşdə İ.Zaretska Silviya Semeraroya (İtaliya) 0:1 hesabla məğlub olaraq gümüş medalla kifayətlənib.

Dünya Karate Federasiyasının (WKF) bu nüfuzlu turnirinə 65 ölkədən 466 karateçi iştirak edib. Yarışın hər mərhələsi idmançılara olimpiya reytinq xalları qazandırıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İrina Zaretska Karate Seriya turnirində gümüş medal qazanıb


RƏYLƏR