Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Boks yığmamız İstanbulda beynəlxalq turnirdə iştirak edəcək

Boks yığmamız İstanbulda beynəlxalq turnirdə iştirak edəcək

Tarix: 13 Yanvar 2020 09:56

Bakı. Trend:

Yanvarın 14-də Türkiyənin İstanbul şəhərində boks üzrə Əhmət Comərt turniri start götürəcək. 5 gün davam edəcək ənənəvi yarışa Azərbaycan millisi də qatılacaq.

Azərbaycan Boks Federasiyasından Trend-ə bildirilib ki, turnirə məşqçi Oqtay İbrahimovun rəhbərliyi altında 4 boksçumuz yollanıb. Mükafatlar uğrunda Maqsud Xasmetov (52 kq), Cəbrayıl Yelekov (81 kq), Osnay Benkomo (91 kq) və Sadiq Səmədov (+91 kq) mübarizə aparacaqlar.

Bu gün püşkü atılacaq yarışda 19 ölkədən 160 idmançı qüvvəsini sınayacaq. Turnirin ilk 2 günündə təsnifat görüşləri, yanvarın 16-da 1/4 final qarşılaşmaları baş tutacaq. Ertəsi gün yarımfinal döyüşləri təşkil olunacaq. Yanvarın 18-də isə qaliblərin adları müəyyənləşəcək.

Yarışda Emil Qurbanəliyev ədaləti qoruyan hakimlər sırasında yer alacaq.

Qeyd edək ki, komandamız vətənə yanvarın 19-da qayıdacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Boks yığmamız İstanbulda beynəlxalq turnirdə iştirak edəcək Boks yığmamız İstanbulda beynəlxalq turnirdə iştirak edəcək


Etiketlər:  Boks yığmamız İstanbulda beynəlxalq turnirdə iştirak edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ