Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Autizmin yeni səbəbi aşkar edilib

Autizmin yeni səbəbi aşkar edilib

Tarix: 13 Yanvar 2020 23:27

Autizmin ehtimal edilən risk faktoru genetika ilə bağlı deyil. Məlum olub ki, bir zülalın çatışmaması erkən mərhələlərdə beyinin inkişafını ləngidir, autizm tipli pozuntular üçün səciyyəvi simptomlara şərait yaradır.

Amerikanın Ratger Universitetindən olan tədqiqatçılar sübut ediblər ki, uşağın bətndaxili və erkən inkişafı dövründə beyində p75NTR adlı zülalın çatışmaması autizmin inkişafına səbəb ola bilər.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu araşdırmanın nəticələri Ratger universitetinin saytında dərc edilib.

Alimlər bildirirlər ki, beyinin inkişafı qarşılıqlı əlaqəli hadisələr seriyasıdır və bu proses fasiləsiz getməlidir. p75NTR adlı zülal çatışmadıqda bu prosesi pozan dəyişikliklər baş verir.

Müəlliflər deyiblər: "Normal inkişafı tənzimləyən xüsusiyyətləri nəzərə almaq lazımdır. İndi biz insanın davranışına və onun koqnitiv funksiyalarına təsir göstərə biləcək amilləri müəyyən etmişik".

Araşdırmalar davam etdiriləcək.


Etiketlər:  Autizmin yeni səbəbi aşkar edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ