Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-da 21 yaşdan kiçik vətəndaşların smartfonlardan istifadəsi qadağan edilir

ABŞ-da 21 yaşdan kiçik vətəndaşların smartfonlardan istifadəsi qadağan edilir

Tarix: 14 Yanvar 2020 08:28

ABŞ-ın Vermont ştatında 21 yaşdan kiçik vəndaşlar üçün cib telefonlarının istifadəsinə qadağa qoyulmasını nəzərdə tutan qanun layihəsi təqdim edilib.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, qanun layihəsi demokrat senator Con Rocersə aiddir. Layihədə telefonlara yaşa görə qadağa qoyulmasını nəzərdə tutulur.

Senator 21 yaşdan kiçik vətəndaşların mobil telefonlardan düzgün istifadəsi üçün "inkişaf etməmiş" olduqlarını deyib. O, cib telefonlarını yeniyetmələrin ölümünə səbəb olan amillərdən biri kimi qələmə verib. Smartfonlar yeniyetmələr tərəfindən hədə-qorxu və şantaj vasitəsi kimi istifadə olunur, bütün bunlar da intihar və ölümlə nəticələnir.

Qanun layihəsinə görə, 21 yaşı tamam olmayan smartfon sahibi 1000 ABŞ dolları miqdarında cərimə ediləcək və bir ilədək həbs cəzası alacaq. Layihə müəllifləri smartfonu siqaret və spirtli içkilərlə bərabər tutur.


Etiketlər:  ABŞ yaşdan kiçik vətəndaşların smartfonlardan istifadəsi qadağan edilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ