Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Tobol'' erməni futbolçu transfer etdi

''Tobol'' erməni futbolçu transfer etdi

Tarix: 14 Yanvar 2020 12:36

Millimizin futbolçusu Emil Balayevin şərəfini qoruduğu "Tobol" heyətinə yeni futbolçu  cəlb edib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, Qazaxıstan təmsilçisi son klubu "Ararat-Ermənistan" olan Petros Avetisyanı heyətinə qatıb.

Qeyd edək ki, 24 yaşlı yarımmüdafiəçi ötən ildən Ermənistan millisinə dəvət alır. O, yığmada 5 matçda iştirak edib.

Xatırladaq ki, "Tobol"a erməni Qriqoru Babayan baş məşqçi təyin edilib. Bundan sonra E.Balayevin klubdan ayrılacağı xəbərləri yayılıb.

 


Etiketlər:  Tobol erməni futbolçu transfer etdi


RƏYLƏR