Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2020 16:56
Mövsümün ilk yarısını "Qarabağ"da keçirən Asmir Beqoviç yeni klubu "Milan"da sabah debüt edə bilər.
Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, belə ki, komandanın əsas qapıçısı Canluici Donnarumma dünən məşq zamanı zədələnib. Onun bərpa müddəti dəqiqləşməsə də, sabah İtaliya kubokunda SPAL-la görüşdə oynamayacağı bildirilib.Komandanın baş məşqçisi Stefano Piolinin sabahkı matçda bosniyalı qolkiperə şans verəcəyi gözlənilir.
Qeyd edək ki, "Milan" - SPAL qarşılaşması Bakı vaxtı ilə 21:00-da başlayacaq.
Xatırladaq ki, müqavilə ilə "Bornmut"a məxsus olan Beqoviç bu mövsüm sonuna kimi icarə əsasında "Milan"da oynayacaq.