Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kamran Əliyev: Bank işləri üzrə 57 şəxs barəsində cinayət işlərinə baxılıb

Kamran Əliyev: Bank işləri üzrə 57 şəxs barəsində cinayət işlərinə baxılıb

Tarix: 15 Yanvar 2020 11:54

Bakı. Samir Əli - Trend:

Ötən il bank kartları ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə 1 cinayət işi daxil olub.

Trend-in məlumatına görə, bunu idarə rəisi Kamran Əliyev deyib. Onun sözlərinə görə, iş üzrə araşdırılmalar aparılıb, istintaq başa çatdırılaraq məhkəməyə göndərilib.

"Ziyanın ödənilməsi tam təmin edilib və vəzifəli şəxslər məsuliyyətə cəlb edilib", - deyə Kamran Əliyev bildirib.

İdarə rəisi qeyd edib ki, bank işləri üzrə 57 şəxs barəsində 22 cinayət işi baxılması üçün məhkəməyə göndərilib: “Bu əsasən fəaliyyətini dayandırmış banklarla bağlı olub”

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Kamran Əliyev Bank işləri üzrə şəxs barəsində cinayət işlərinə baxılıb


RƏYLƏR