Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı-Sumqayıt yolu şəhərlər arasında avtomobil axınının bərabər paylanmasını təmin edəcək

Bakı-Sumqayıt yolu şəhərlər arasında avtomobil axınının bərabər paylanmasını təmin edəcək

Tarix: 15 Yanvar 2020 13:40

Bakı. Eldar Canaşvili - Trend:

Bakı-Sumqayıt yolunun genişləndirilməsi bu istiqamətdə avtomobil axınının bərabər paylanmasının təmin olunmasında vacib mərhələdir.

Trend-in məlumatına görə, bunu "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov mətbuat konfransında deyib.

O bildirib ki, 2011-ci ildə genişləndirilmiş Bakı-Sumqayıt yolu sutkada 7-10 min avtomobilin hərəkəti üçün nəzərdə tutulmuşdu, indi isə bu, aktual deyil. Texnopark və sənaye zonalarının, ali tədris müəssisələrinin və digər obyektlərin açılması Bakı-Sumqayıt yolunda hər iki istiqamətdə avtomobil axınını sutkada 12-14 minədək çatdırıb.

S.Məmmədov əlavə edib ki, Bakı-Sumqayıt yolunun 28 kilometrlik sahəsinin genişləndirilməsi bu tapşırığın vacib hissəsidir. Bununla belə, bu hissənin keçilməsindən sonra avtomobil axınının düzgün paylanması üçün düzgün həll yolu tapmaq lazımdır: “İyunadək biz bu məsələnin ilə həll yolunu tapmağı planlaşdırırıq”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakı Sumqayıt yolu şəhərlər arasında avtomobil axınının bərabər paylanmasını təmin edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ