Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Aprel 2019 18:28
“Qarabağ”ın futbolçusu Mahir Mədətov ötən gün “Keşlə” ilə matçda onunla toqquşaraq zədələnən qapıçı Şahin Zəkiyevi ziyarət edib.
Qol.az-ın klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, 21 yaşlı hücumçu xəstəxanada qolkiperlə foto çəkərək özünü “İnstaqram” səhifəsində paylaşıb.
Qeyd edək ki, “Qarabağ” - “Keşlə” qarşılaşması meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.