Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2020 20:06
Bu gün Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, vəkil Elçin Sadıqov bildirib ki, Baş Prokurorunun birinci müavini Rüstəm Usubovun müraciəti əsasında onun başlanmış intizam icraatına xitam verilməsinə qərar verilib: "Eyni zamanda, fərdi fəaliyyətimin davam etdirilməsi barədə müraciətim də təmin edildi. Əlavə olaraq "Vəkilliyin 100 illiyi" medalına layiq görüldüyüm bildirildi. Hər üç qərara görə başda Vəkillər Kollegiyasının sədri cənab Anar Bağırov olmaqla Rəyasət Heyətinin bütün üzvlərinə öz dərin təşəkkürümü bildirirəm".
Qeyd edək ki, E.Sadıqov hüquq müdafiəçisi Oqtay Güləliyevin maşınla vurulmasının sui-qəsd olması ehtimalını bildirdiyi üçün R.Usubov ondan kollegiyaya şikayət etmişdi.