Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2020 22:09
Bizdə evlərə gələn suyun dezinfeksiyası üçün xlordan istifadə olunur.
Lakin xlor insan orqanizmində toplanaraq sağlamlıq üçün təhlükə yaradır - həzm sistemi üçün ziyanlıdır, öd daşı xəstəliyinin riskini artırır, kanserogen təsirə malikdir. Bu səbəbdən, məsələn, Avropa ölkələrində suyu xlorla dezinfeksiya etmirlər, daha müasir və təhlükəsiz üsullardan istifadə edirlər.
Təəssüf ki, adi qaynatma suyu xlordan tam təmizləmir.
Sonxeber.net saglamolun.az-a istinadən bildirir ki, mütəxəssislər suyu xlordan təmizləmək üçün əvvəl onu bir qaba doldurub ən azı 8 saat ərzində saxlamağı tövsiyə edirlər. (Diqqət! Su olan qabın üzərini örtməyin!) Bundan sonra suyu ehtiyatla süzmək (qabın dibində çöküntü qalacaq) və qaynatmaq lazımdır. Bu üsulun köməyi ilə suyu xlordan demək olar tam təmizləmək mümkündür.
Suya əlavə olunmuş limon şirəsi də xloru zərərsizləşdirir.
Müasir filtrlər suyu xlor və digər ziyanlı birləşmələrdən yaxşı təmizləyir.