Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Yanvar 2020 19:00
Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn "Mercedes Benz" markalı sərnişin avtobusu saxlanılıb və sürücü şifahi sorğu-sual olunub.
Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmıtindən Sonxeber.net-a verilən məlumata əsasən, sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, nəqliyyat vasitəsi rentgen qurğusundan keçirilərkən şübhəli təsvirlər müşahidə olunub.
Avtomobilə gömrük baxışı zamanı nəqliyyat vasitəsinin salonunda oturacaqların alt hissəsində 350 ədəd üzərində "Deposilin Pensilin G Benzatin" yazılan dərman preparatı aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bu dərman preparatı Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən dövriyyəsi qadağan olunmuş dərmanların siyahısındadır.