Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2020 19:00
Türkiyədə təlim-məşq toplanışında olan “Keşlə” bu gün ilk yoxlama oyununa çıxıb.
Qol.az xəbər verir ki, Tərlan Əhmədovun komandası Almaniyanın 3-cü Bundesliqa təmsilçisi “Çikau” klubu ilə qarşılaşıb və 1:4 hesabı ilə uduzub. "Keşlə"nin yeganə qolunu 31-ci dəqiqədə Lorenzo Frutos vurub.
Qeyd edək ki, "Keşlə" yanvarın 22-də Rusiyanın “Arsenal”, 24-də isə Slovakiyanın “Zemplin” klubları ilə üz-üzə gələcək.
17 yanvar
Yoxlama matçı
17:00. "Keşlə" - “Çikau” (Almaniya) - 1:4