Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Smartfon və fotokameranın hibridi buraxılacaq

Smartfon və fotokameranın hibridi buraxılacaq

Tarix: 16 May 2019 15:40

Məişət texnikası və elektronikanın istehsalında ixtisaslaşan “Hisense” şirkəti tezliklə smartfon və fotokameranı birləşdirən hibrid qurğu buraxmağa hazırlaşır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, bu barədə məlumat Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (World Intellectual Property Organization, WIPO) saytının patent sənədlərində yerləşdirilib.

 

Məlumata görə, yeni qurğu xarici görünüşünə görə mobil qurğudan daha çox kompakt fotokameraya bənzəyir. Belə ki, böyük şəkillərdə optik zumla təchiz edilən iri obyektiv görmək mümkündür.

 

Korpusun əks tərəfində quraşdırılan böyük sensor ekran foto və videoçəkiliş rejimində videoaxtarış funksiyasını yerinə yetirəcək.

 

Ön kameraya malik olmayacaq qurğu qulaqcıq üçün 3,5 millimetrlik standart çıxış, “USB Type-C” simmetrik portu, eləcə də səsin tənzimlənməsi və enerjinin qoşulması və söndürülməsi üçün fiziki düymələr ilə təchiz ediləcək.

 

Patent hüququ üçün müraciət 2018-ci ildə edilsə də, sənəd yalnız indi dərc edilib.

 

Əlavə edək ki, hazırda “Samsung” şirkəti tərəfindən özündə smartfon və fotokamera funksiyalarını birləşdirən “Galaxy Camera” adlı hibrid qurğu təklif olunur.

 

Nizam Nuriyev




Etiketlər:  Smartfon fotokameranın hibridi buraxılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ