Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2020 07:16
Nigeriyanın Zamfara ştatının yaşayış məntəqəsinin birinə bir qrup silahlı şəxs tərəfindən edilən qarət nəticəsində ən az 14 nəfər həlak olub.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə "Daily Post" qəzeti Zamfara ştatı polisinə istinadən bildirib.
Bildirilib ki, hadisə yanvarın 15-də baş verib.
Şahidlərin sözlərinə görə, səhər saat 9 radələrində motosikletdə olan 40-dan çox adam kəndə girib. Cinayətkarlar sakinlərə evlərini tərk etməmələrini əmr ediblər.
Daha sonra onlar evlərə daxil olaraq mobil telefonları, pulları və digər qiymətli əşyaları götürməyə başlayıblar, həmçinin mal-qara və digər heyvan sürülərini aparıblar.