Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çempionluq oyunu Çakıra tapşırıldı

Çempionluq oyunu Çakıra tapşırıldı

Tarix: 16 May 2019 17:08

Türkiyə Superliqasının 33-cu turunda keçiriləcək “Qalatasaray” - “Başakşəhər” oyununun baş hakimi müəyyənləşib.

Qol.az-ın Türkiyə Futbol Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, ölkə çempionatında bu mövsümünün qalibini müəyyənləşdirəcək sözügedən görüşün baş hakimi Cüneyt Çakır olacaq.

Qeyd edək ki, mayın 19-u oynanılacaq qarşılaşmada qalib gələcək komanda son turun nəticəsindən asılı olmayaraq, çempionluğu rəsmiləşdirəcək.

Əlavə edək ki, "Qalatasaray" və "Başakşəhər" hazırda 66 xalla 1-2-ci pillələri bölüşdürür.

 


Etiketlər:  Çempionluq oyunu Çakıra tapşırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ