Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Suat Önal: Azərbaycanda parlamentin yenilənməsi ölkənin inkişafına əlavə impuls verəcək

Suat Önal: Azərbaycanda parlamentin yenilənməsi ölkənin inkişafına əlavə impuls verəcək

Tarix: 18 Yanvar 2020 13:40

Bakı. Trend:

Azərbaycanda parlamentin yenilənməsinin iqtisadi islahatları daha da sürətləndirəcəyinə, ölkənin inkişafına əlavə impuls verəcəyinə inanıram.

Trend xəbər verir ki, bunu secki-2020.az saytına açıqlamasında Türkiyə Böyük Millət Məclisinin sabiq üzvü Suat Önal deyib. O bildirib ki, Azərbaycanda seçkilərin şəffaf və ədalətli keçirilməsi üçün hər cür şərait var:

“Ümumiyyətlə, bu vaxta qədər 15-ə yaxın Avropa ölkəsində seçkiləri müşahidəçi kimi izləmişəm, müxtəlif ölkələrin seçki təcrübəsi ilə tanış olmuşam. 2018-ci ilin aprelində Azərbaycanda keçirilən prezident seçkilərində AŞPA-nın müşahidə missiyasının tərkibində təmsil olunurdum. Öz təcrübəmə əsaslanaraq deyə bilərəm ki, xalqın demokratik və şəffaf şəkildə istədiyi namizədə səs verməsi üçün hər cür şərait yaradılmışdı. Bundan əvvəlki seçkilərdə olduğu kimi, fevralın 9-da keçiriləcək parlament seçkilərinin də şəffaf və ədalətli keçiriləcəyinə əminəm”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Suat Önal Azərbaycanda parlamentin yenilənməsi ölkənin inkişafına əlavə impuls verəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ