Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2020 16:09
Azərbaycanda parlamentin yenilənməsinin iqtisadi islahatları daha da sürətləndirəcəyinə, ölkənin inkişafına əlavə impuls verəcəyinə inanıram.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu secki-2020.az saytına açıqlamasında Türkiyə Böyük Millət Məclisinin sabiq üzvü Suat Önal deyib. O bildirib ki, Azərbaycanda seçkilərin şəffaf və ədalətli keçirilməsi üçün hər cür şərait var:
"Ümumiyyətlə, bu vaxta qədər 15-ə yaxın Avropa ölkəsində seçkiləri müşahidəçi kimi izləmişəm, müxtəlif ölkələrin seçki təcrübəsi ilə tanış olmuşam. 2018-ci ilin aprelində Azərbaycanda keçirilən prezident seçkilərində AŞPA-nın müşahidə missiyasının tərkibində təmsil olunurdum. Öz təcrübəmə əsaslanaraq deyə bilərəm ki, xalqın demokratik və şəffaf şəkildə istədiyi namizədə səs verməsi üçün hər cür şərait yaradılmışdı. Bundan əvvəlki seçkilərdə olduğu kimi, fevralın 9-da keçiriləcək parlament seçkilərinin də şəffaf və ədalətli keçiriləcəyinə əminəm".