Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2020 10:12
Çində daha 17 nəfər koronavirusun yeni növünə yoluxub.
Sonxeber.net bildirir ki, Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Uxan şəhərinin gigiyena və sağlamlıq məsələləri üzrə Komitəsindən bildiriblər.
Bildirilir ki, yoluxanların hamısına tibbi yardım göstərilib. Onlardan 3-ü ağır vəziyyətdədir.
Rəsmi məlumata əsasən, indiyənə qədər koronavirusun yeni növünə 62 yoluxma faktə qeydə alınıb. Onlardan 19-u artıq xəstəxanadan evə buraxılıb.