Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2020 11:16
Almaniya millisinin sabiq hücumçusu Lukaş Podolski Yaponiyanın "Vissel Kobe" klubundan ayrıla bilər.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, Polşa əsilli forvard Türkiyəyə qayıda bilər.
34 yaşlı futbolçu Super Liqa təmsilçisi "Antalyaspor"a keçə bilər. Bu barədə klubun idarə heyətində yer alan Aytaç Altay məlumat verib:
"Podolski ilə danışıq gedir. Bəlli nöqtəyə gəldik. Çox kiçik detallar qalıb. Onun transferi növbəti həftə tamamlana bilər. Tezliklə transferi açıqlaya bilərik".