Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

MSK onun şikayətini təmin etmədi

MSK onun şikayətini təmin etmədi

Tarix: 19 Yanvar 2020 17:39

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 28 saylı Sabunçu seçki dairəsindən namizədliyini irəli sürmüş Nəzərbəy Hacıağayevin şikayətinə baxılıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, iddiaçı sənədlərini son gün Dairə Seçki Komissiyasına təqdim etsə də, müxtəlif bəhanələrlə qəbul edilmədiyini bildirib:

"Son gün, yəni, 10 yanvar tarixində sənədlərimi DSK-a təqdim etdim. Məndən işsizlik haqqında arayış tələb olundu. Bu, tam qanunsuz bir tələbdir. Nəticədə imza vərəqələrini 11 yanvar tarixində təqdim etdim və namizədliyim qeydə alınmadı".

Qanunvericiliklə müəyyən edilmiş müddətdə sənədlər təqdim edilmədiyinə görə, MSK onun müraciətini təmin etməyib və DSK-nın qərarı qüvvədə saxlanılıb.


Etiketlər:  onun şikayətini təmin etmədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ