Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2019 21:39
Bakı. Mətanət Nəsibova - Trend:
Çexiya Azərbaycanla ticari-iqtisadi əməkdaşlığın genişlənməsini öz iqtisadi siyasətinin prioriteti hesab edir və ölkələr arasında tərəfdaşlıq əlaqələrini daha da gücləndirmək niyyətindədir.
Trend-in məlumatına görə, bunu Çexiya parlamentinin Deputatlar Palatasının sədri Radek Vondraçek deyib.
O, iqtisadiyyatın müxtəlif sahələrində ticarət əlaqələrinin genişlənməsinin vacibliyini vurğulayıb.
M.Vondraçek qeyd edib ki, Çexiyanın neft emalı zavodları Azərbaycan neftinin emalı ilə məşğuldur və hazırda bütün emal prosesinin 33 faizdən çoxu Azərbaycan neftinin payına düşür.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin