Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Yanvar 2020 10:48
Bakı. İlhamə İsabalayeva - Trend:
Seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına (MSK) edilən şikayətlərin sayı azdır.
Trend-in məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.
Onun sözlərinə görə, yalnız Seçki Məcəlləsinin tələblərinə uyğun olan şikayətlərin sayı deyil, ümumilikdə şikayətlərin sayında azalma müşahidə olunur:"Bəzi şikayətlər var ki, biz istəsək də onlar Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq MSK-nın iclasında müzakirəyə çıxarıla bilməz. Belə şikayətlər də daxil olmaqla, MSK-ya daxil olan şikayətlərin sayı 40-ı keçməyib".
M.Pənahov bildirib ki, seçkidə iştirak üçün rekord sayda namizədlərin qeydə alınması müsbət haldır:"Görünür ki, artıq insanlar cəmiyyətdə baş verən dəyişikliklərə biganə yanaşmırlar. Ictimaiyyət tərəfindən ölkədə baş verən proseslərə qarşı fəallıq hiss olunur".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin