Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Yanvar 2020 11:36
Almaniya millisinin sabiq üzvü Lukas Podolski karyerasını yenidən Türkiyədə davam etdirəcək.
Qol.az xəbər verir ki, 33 yaşlı hücumçu Superliqa təmsilçisi "Antalyaspor"a keçib. Klubun mətbuat xidməti futbolçu ilə 1,5 illik müqavilə imzalandığını açıqayıb.
Qeyd edək ki, Podolski Türkiyədə “Qalatasaray”ın (2015-2017-ci illər aralığında) uğurları üçün çalışıb. “Köln”ün yetirməsi olan futbolçu, “Bavariya“, “Arsenal” (İngiltərə), “İnter” (İtaliya) kimi klubların da formasını geyinib. Podolski Almaniya yığmasında 130 oyun keçirib, 49 qol vurub.