Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan karate üzrə beynəlxalq turnir bitdi - FOTO

20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan karate üzrə beynəlxalq turnir bitdi - FOTO

Tarix: 20 Yanvar 2020 17:40

Azərbaycan Milli Karate Federasiyası (AMKF) və "Arpaçay" karate klubunun birgə təşkilatçılığı ilə Bakı İdman Sarayında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnir sona yetib.

Milli Karate Federasiyasından Sonxeber.net-a verilən məlumata əsasən, uşaq, yeniyetmə və gənclər arasında təşkil edilən sayca beşinci açıq turnirdə 12 ölkə, o cümlədən İran, Rusiya, Türkmənistan, Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan, Küveyt, Türkiyə, Mərakeş, Oman və ölkəmizi təmsil edən 89 klubun tərkibində 939 idmançı və 50 komanda mübarizə aparıb.

Turnirin birinci günü bütün yaş qruplarında kata yarışları, ertəsi gün 6-11 yaşlı uşaqlar, bazar günü isə 12-17 yaşlı yeniyetmə və gənclər çıxış ediblər.

Yekun nəticəyə əsasən "Qara Qaplan" klubu 20 qızıl, 13 gümüş və 25 bürünc medalla birinci yerə çıxıb. 12 qızıl, 9 gümüş və 12 bürünc medal qazanan "Arpaçay" klubu ikinci pilləni, 7 qızıl, 4 gümüş və 15 bürünc mükafata sahib olan "Pashayev" (Ukrayna) klubu isə üçüncü sıranı tutub. Yarışı milli hakimlərimizlə birgə 5 ölkədən 22 beynəlxalq hakim idarə edib.


Etiketlər:  Yanvar şəhidlərinin xatirəsinə həsr olunan karate üzrə beynəlxalq turnir bitdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ