Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2020 08:28
Yarımkeçirici məhsulların istehsalı ilə məşğul olan ən böyük şirkətlərdən biri Foxconn Çin bazarı üçün elektromühərrikli avtomobillərin istehsalına hazır olduğunu elan edib. Qeyd etmək lazımdır ki, Apple şirkətinin iPhone smartfonlarını məhz Foxconn şirkəti öz zavodlarında istehsal edir. Məlumatda qeyd edilib ki, elektromobillərin istehsalı sıfırdan başlamayacaq. Bu işdə Foxconn-a avtomobil istehsalı sahəsində böyük təcrübəsi olan Fiat Chrysler konserni kömək edəcək. Bu barədə The Verge saytı xəbər verib.
Sonxeber.net technote.az-a istinadən bildirir ki, hər iki şirkət öz əsas diqqətlərini birgə elektromobil istehsalına yönəldəcək. Artıq rəsmi olaraq məlumat verilib ki, Fiat Chrysler konserni öz üzərinə elektromobillərin gövdə elementlərinin istehsalını və yığılmasını, Foxconn isə öz üzərinə elektronika elementlərinin və elektromobillərin proqram təminatlarının hazırlanmasını götürəcək. Qeyd etmək lazımdır ki, hər iki şirkət bu mövzu ətrafında bir neçə ay ərzində danışıqlar aparıblar. Hal hazırda iki şirkət arasında rəsmi müqavilə imzalanmayıb. Lakin bir sıra məlumatlara əsasən yaxın bir neçə gün ərzində müqavilə bağlanacaq.
Jeep və Dodge kimi brendlərin daxil olduqları Fiat Chrysler konserni elektromobillərin istehsal olunmasında olduqca maraqlıdır. Belə ki, o bu məsələdə digər şirkətlərdən geri qalır. Əhalənin elektronəqliyyat növünə keçid etməsi baxımından Çin bazarı ən dinamik şəkildə inkişaf edən bazarlardan biridir. 2019-cu ildə Çinin elektronəqliyyat bazarı 6% yüksəldi. Baxmayaraq ki, 2018-ci il ilə müqayisədə elektromobillərin satışları 8% aşağı düşmüşdü, bazar yenə də öz yüksəlişini sərgilədi. Analitiklər əmindirlər ki, növbəti 10 il ərzində Çinin elektromobil bazarı öz dövriyyəsi üzrə ABŞ və Avropa bazarlarını geridə qoyacaq.