Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2019 08:52
Bakı. Trend:
Meksikanın Playa-del-Karmen şəhərində (Kintana-Roo ştatı) müxbir Fransisko Romero Dias qətlə yetirilib.
Trend-in "Universal" portalına istinadən verdiyi məlumata görə, jurnalistin cəsədi şəhərin küçələrindən birində güllə yaraları ilə aşkar edilib.
Qeyd edək ki, Milli İnsan Hüquqları üzrə Komissiyanın məlumatına əsasən, 2000-ci ildən Meksikada 140-dan artıq jurnalist qətlə yetirilib.
Bundan əlavə, 2005-ci ildən kütləvi informasiya vasitələrinin 21 əməkdaşı itkin düşüb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin