Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2019 10:20
Belçikada 2018/19 mövsümünün qalibi müəyyənləşib.
Qol.az-ın məlumatına görə, "Genk" yarışın bitməyinə bir tur qalmış çempionluğu təmin edib. Komanda final mərhələsinin 9-cu turunda "Anderlext"lə səfər oyununda 1:1 hesablı bərabərə qalıb, "Brügge" isə "Standard"a 0:2 hesabı ilə uduzub.
Bununla da "Genk" 51 xalla ən yaxın izləyicisi "Brügge" xal fərqini 4-ə yüksəldib və çempionluğu rəsmiləşdirib.