Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2020 17:10
Martın 23-dən 31-dək Maltada təlim-məşq toplanışında olacaq Azərbaycan milli komandasının daha bir rəqibi müəyyənləşib.
Sonxeber.net xəbər verir ki, yığma martın 26-da Lixtenşteyn yığması ilə yoldaşlıq oyunu keçirəcək. Görüş Bakı vaxtı ilə 19:00-da baş tutacaq.
Komandamız toplanış zamanı növbəti yoldaşlıq oyununda Malta yığması ilə qarşılaşacaq. Martın 30-da keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.