Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2020 12:06
Bakı.İlhamə İsabalayeva -Trend:
Yaxın gələcəkdə Azərbaycan və Avropa İttifaqı arasında yeni sazizişin imzalanması üçün danışıqların yeni mərhələsi həyata keçiriləcək.
Trend-in məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas jurnalistlərə açıqlamasında bildirib.
O, əminliklə bildirib ki, hər iki tərəf əməkdaşlıq sazişi üzrə danışıqların ən qısa zamanda imzalanması üçün səylər göstərəcək.
K.Yankauskas qeyd edib ki, Azərbaycan və Avropa Ittifaqı arasında tərəfdaşlığa dair sazişdə razılaşdırılmayan bir sıra məsələlər məhz ticarət və iqtisadiyyatla bağlıdır.
Aİ rəsmisi bildirib ki, keçən ilin dekabr ayında Bakıda Azərbaycan-Avropa İttifaqı arasında təhlükəsizlik üzrə dialoqun növbəti mərhələsi keçirilib:"Avropa İttifaqından yüksək vəzifəli şəxslər bu dialoqda iştirak etdi və Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirildi. Bu görüşdə Azərbaycan və Aİ arasında danışıqların bundan sonra necə aparılmasına dair müzakirələr keçirildi".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin