Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2020 15:25
Bu sənətə aparıcılıqla gəlmişəm. 2013-cü ildən aparıcılığı dayandırmışdım. Düşünürəm ki, qayıtmağın vaxtıdır. Yaxın günlərdə kamera arxasından önünə keçəcəm.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı-aktyor İlkin Həsəni "ATV maqazin onlarla" verilişində deyib. O, uzun fasilədən sonra yenidən aparıcılığa qayıtmağa hazırlaşdığını deyib.
İlkin "Buğlama" teletamaşasından da danışıb:
""Bozbash pictures"dən sonra tərəddüd edirdik. Amma bu layihəmiz də uğurlu alındı".