Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Taliban''ı vurmaq istədilər, səhv oldu - 17 polis öldü

''Taliban''ı vurmaq istədilər, səhv oldu - 17 polis öldü

Tarix: 17 May 2019 13:16

Bakı. Trend:

Əfqanıstan hökuməti yanlış aviazərbələr nəticəsində 17 polisin həlak olması barədə xəbər yayıb.

Trend-in məlumatına görə, Gilmənd vlayətində "Taliban" terror təşkilatı ilə mübarizə çərçivəsində silahlı birləşmələri məhv etmək planında yanlışlığa yol verilib. Səhv hücumlar nəticəsində daha 14 hüquq-mühafizə orqanı əməkdaşının yaralandığı bildirilir.

Aviazərbələrin Əfqanıstan Hərbi Hava Qüvvələri və ya koalisiya qüvvələri tərəfindən endirildiyi hələ məlum deyil.

Vilayət qubernatoru araşdırma başladığını deyib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Talibanı vurmaq istədilər səhv oldu polis öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ