Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2020 12:32
Bakı. Eldar Canaşvili - Trend:
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) daxil olmuş sahibkar müraciətlərinin təhlili göstərir ki, bir sıra hallarda qida istehsalı və satışı ilə bağlı normativ prosedurlar, sanitar-gigiyenik normalar haqqında məlumatsızlıq səbəbindən suallar ortaya çıxır.
Trend-in məlumatına görə, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Qida Biznesi Forumunda qeyd edib.
O bildirib ki, bu sahədə KOBİA Qida Təhlükəsizliyi Agentliyi ilə əməkdaşlıq edir.
Sədrin sözlərinə əsasən, təkcə 2019-cu ildə 10 mindən artıq sahibkarlıq subyekti qida sektorunda qeydiyyatdan keçib. Bu sahədə biznesin düzgün və səmərəli təşkili qida təhlükəsizliyi baxımından olduqca vacibdir.
O.Məmmədov 2019-cu ildə 8 mindən çox sahibkarın iştirakı ilə maarifləndirici tədbirlərin keçirildiyini və iştirakçıların böyük əksəriyyətinin qida sektorunda təmsil olunuduğunu vurğulayıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin