Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniyada erməni mafiyasının üzvlərinə qarşı əməliyyat

Almaniyada erməni mafiyasının üzvlərinə qarşı əməliyyat

Tarix: 23 Yanvar 2020 16:56

Bakı. Trend:

Almaniyanın Erfurt şəhərində ölkə ərazisinə saxta sənədlərlə daxil olmuş iki nəfərlə əlaqədar polis reydi keçirilib.

Trend-in məlumatına görə, onlar erməni mafiyasına mənsub olmaqda şübhəli bilinirlər.

Qeyd olunur ki, həmin iki nəfər Almaniyaya 20 il əvvəl saxta sənədlərlə və saxta ad altında daxil olub.

Onların 2017-ci ildə rəqib erməni qruplaşmaları arasında atışmada iştirak etdiyi də ehtimal olunur.

Polisin məlumatına əsasən, Almaniyada fəaliyyət göstərən erməni mafiyası 1990-cı illərin əvvəllərində əsasən Azərbaycandan Almaniyaya getmiş ermənilərdən ibarətdir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Almaniyada erməni mafiyasının üzvlərinə qarşı əməliyyat


RƏYLƏR