Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Smart ev qurğularının satışı 18,1% artıb - STATİSTİKA

Smart ev qurğularının satışı 18,1% artıb - STATİSTİKA

Tarix: 23 Yanvar 2020 21:48

Avropada "ağıllı ev" qurğularının bazar həcmi il ərzində 18,1% artıb.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu haqda "IDC" analitik şirkəti məlumat yayıb.

"IDC" şirkətinin mütəxəssislərinin məlumatına görə, ötən il ərzində müxtəlif kateqoriyalara aid 23,8 milyon "ağıllı ev" qurğusu satılıb. Bu rəqəm 2018-ci illə müqayisədə 18,1 % çoxdur.

"Ağıllı ev" qurğuları bazarında video əyləncə qurğuları ümumi bazarın 58,2%-ni təşkil edib. Ötən il 13,8 milyon ədəd olmaqla ən çox video əyləncə qurğuları satılıb.

Bazarda ikinci ən çox satış smart səsucaldan qurğular üzrə müşahidə olunub (4,5 milyon). Bu qurğular ümumi bazarın 19%-ni təşkil edib.

Növbəti sırada isə ev monitorinqi qurğuları yer alıb. Ev monitorinqi kimi nəzərdə tutulan qurğular bazarın 10,8%-ni təşkil edib.

Ümumi bazarın qalan hissəsini "ağıllı işıqlandırıcı" termostatlar və s. qurğular təşkil edib.

Google şirkəti 15,9%-lə ikinci, texnologiya nəhənglərindən Samsung şirkəti isə 12,4%-lə üçüncü olub. İlk beşlikdə 10,3%-lə LG və 5,5%-lə Sony şirkətləri yer alıb.


Etiketlər:  Smart qurğularının satışı artıb STATİSTİKA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ