Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkədə hamilə qadınların ölkəyə girişi qadağan edilir - SƏBƏB

Bu ölkədə hamilə qadınların ölkəyə girişi qadağan edilir - SƏBƏB

Tarix: 24 Yanvar 2020 20:24

ABŞ Prezident administrasiyası "analıq turizmi"ni qadağan edən qərar qəbul edib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Amerika vətəndaşlığı almaq üçün körpəsini ABŞ-da dünyaya gətirmək istəyən anaların ölkəyə girişinə icazə verilməyəcək. Qadınlara o halda viza veriləcək ki, konsulluq əməkdaşları səfərin əsl məqsədinin dünyaya uşaq gətirmək olmadığını təsdiqləsinlər. Qərar sabahdan qüvvəyə minəcək.

Xatırladaq ki, təkcə 2012-ci ildə 36 min hamilə qadın uşağını dünyaya gətirmək və Amerika vətəndaşlığı almaq üçün ABŞ-a gedib, daha sonra isə ölkəsinə qayıdıb.


Etiketlər:  ölkədə hamilə qadınların ölkəyə girişi qadağan edilir SƏBƏB


RƏYLƏR