Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Latviyada hər üç nəfərdən biri...

Latviyada hər üç nəfərdən biri...

Tarix: 24 Yanvar 2020 21:50

Latviyanın Milli Müdafiə Akademiyasının təhlükəsizlik və strateji tədqiqatlar mərkəzinin apardığı araşdırmanın nəticələrinə görə, ölkə əhalisinin 31 faizi hərbi müdaxilə olacağı təqdirdə ölkəni silahlanmış halda, əksəriyyəti isə qeyri-hərbi yolla müdafiə etməyə hazır olduqlarını ifadə edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, belə analoji sorğu 2016-cı ildə də aparılmış və o vaxt respondentlərin 33 faizi silaha sarılmağa hazır olduqlarını söyləmişdilər.

Əvvəlki sorğudan fərqli olaraq, bu dəfə respondentlər ölkəni qeyri-hərbi yollarla müdafiə etməyə hazır olduqlarını da dəyərləndirə biliblər.

Respondentlərin 55 faizi, o cümlədən sorğuda iştirak edən latışdilli ailələrin 61 faizi və rusdilli ailələrin 42 faizi orduya yardım edərək qeyri-hərbi yolla ölkəni müdafiə etməyə hazır olduqlarını vurğulayıb. Sorğuda iştirak edənlərin 69 faizi münaqişənin gedişində zərər çəkənlərə yardım etməyə hazır olduqlarını bildirib.

Respondentlərin üçdə bir hissəsi, yəni 30 faizi hərbi münaqişə olacağı təqdirdə ölkəni tərk edəcəyini söyləyib.

Milli.Az


Etiketlər:  Latviyada hər üç nəfərdən biri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ