Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2020 08:34
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.
Gülçülük sovxozu yaşayış massivində Lerik rayon sakini, 2000-ci il təvəllüdlü Cəfərov Rüfət Araz oğlu naməlum şəraitdə bıçaqlanaraq ağır xəsarət alıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.