Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Möcüzəli maqnezium

Möcüzəli maqnezium

Tarix: 25 Yanvar 2020 08:48

Orqanizmdə olan maqneziumun 2/3-si sümüklərdə, yerdə qalanı isə yumuşaq toxumalarda olur. Orqanizmimizdə olan bütün sistem və orqanların maqneziuma ehtiyacı var. Yetərincə maqneziumun olmaması orqanizmdə aşağıdakı patologiyalara səbəb ola bilir:
* həyəcan yaradır
* insanı səbirsiz edir
* yuxuya getməni çətinləşdirir
* qanda xolesterolun normadan aşağı düşməsinə səbəb olur
* ürək ritmlərinin pozulmasına səbəb olur.
Maqnezium orqanizmdə enerjinin əmələ gəlməsində iştirak edən bütün orqanların fəaliyyətinə müsbət təsir edir. Maqnezium enzimlərin fəaliyyətini artırır, protein, karbohidrat və yağların sintezində yaxından iştirak edir. Maqneziumun sayəsində orqanizmdə kalium və duz balansının normallaşması prosesi gedir.
Maqnezium damarların keçiriciliyi qoruyub saxlamaqla qan təzyiqinin normallaşması prosesində yaxlından iştirak edir.
Maqnezium mədə turşuluğuna təsir etməklə bağırsaqların fəaliyyətini sürətləndirir.
Orqanizmdə maqnezium çatışmazlığı aşağıdakılara səbəb olur:
* halsızlıq
* heç nəyə həvəsin olmaması
* baş hərlənməsi
* qəfildən arterial təzyiqin yüksəlməsi
* dözümsüzlük
* əsəbilik
* diqqətsizlik
* qanda xolesterolun normadan az olması
* əzələlərdə gücsüzlük
* həyəcanlılıq
* zehni yorğunluq
* miqren
* qaraciyər və böyrək funksiyalarının pozulması
* aybaşı ağrıları
* səksənmə.
Mütəxəssilər bunların baş verməməsi üçün gündəlik qidalanma zamanı tərkibində maqnezium miqdarı çox olan qidalardan istifadə etməyi məsləhət bilir.
Bu portalda yerləşdirilmi

Milli.Az


Etiketlər:  Möcüzəli maqnezium


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ