Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daxili orqanında narkotik vasitə keçirmək istədi

Daxili orqanında narkotik vasitə keçirmək istədi

Tarix: 25 Yanvar 2020 13:18

Bakı. Trend:

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Biləsuvar gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və onunla şifahi sorğu-sual aparılıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, vətəndaş üzərində qadağan olunmuş predmetlərin, o cümlədən narkotik vasitələrin, psixotrop maddələrin olmadığını bildirib.

Bundan sonra onun üzərində aparılan şəxsi yoxlama zamanı həkim müayinəsinə zərurət yarandığından vətəndaş müşayiət altında Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Xəstəxanada rentgen müayinəsindən keçirilən vətəndaşın daxili orqanı - düz bağırsağından gömrük nəzarətindən gizlədilmiş 1 ədəd selofan bükümdə 112 qram narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Daxili orqanında narkotik vasitə keçirmək istədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ