Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gəncədə iki qardaş bir-birinə bıçaqla xəsarət yetirib

Gəncədə iki qardaş bir-birinə bıçaqla xəsarət yetirib

Tarix: 28 Yanvar 2020 08:32

Gəncədə bıçaqlanma olub.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb.

2000-ci il təvəllüldü Osmanlı Fərid Firuz oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəya lazımi tibbi yardım göstərilib. 20 yaşlı gənc əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, bıçaqlanan şəxs yaşadğı evdə qardaşı ilə dava edib. Hadisə sonradan əlbəyaxa davaya çevrilib. Dava zamanı Fərid Osmanlını bıçaqlayan qardaşı da xəsarət alıb.

Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Gəncədə qardaş birinə bıçaqla xəsarət yetirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ